Qırmızı.az
FHN Qobustandakı ağır yol qəzası barədə məlumat yaydı
Qobustan rayonu, Bakı-Şamaxı yolunun 105-ci kilometrində iki "Mercedes" və bir "Daewoo" avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına
istinadən məlumat verir ki, dərhal hadisə yerinə nazirliyin müvafiq
xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitini
qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində deformasiya
uğramış "Mercedes" markalı avtomobildə sürücü 1984-cü il təvəllüdlü
Orucəliyev Asif Cümşüd oğlu sıxışmış vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət
etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə onu avtomobildən
çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Avtomobildə olan 5 nəfər sərnişindən ikisi - 1981-ci il təvəllüdlü
Orucəliyev Rafiq Cümşüd oğlu və 1952-ci il təvəllüdlü Orucəliyev
Cümşüd Rəcəb oğlu ağır bədən xəsarətləri ilə hadisə yerində vəfat
ediblər. Avtomobildə olan 2 sərnişin və digər "Mercedes" markalı
avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri ilə
yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi əhali
tərəfindən köməklik göstərilərək Təcili Tibbi Yardım Xidmətinə
təhvil veriliblər.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi