Qırmızı.az
Bütün qatarlarımız “Wi-Fi”-lı olacaq
Azərbaycanda bütün qatarlarda “Wi-Fi” sistemi qurulacaq.
Bunu Publika.az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Onun sözlərinə görə, hazırda Bakı-Sumqayıt qatarında olduğu kimi, yaxın gələcəkdə digər istiqamətdə hərəkət edən qatarlarda da “Wi-Fi” şəbəkəsinin qurulacaq.
“Bakı sərnişin dəmiryolu vağzalında yenidənqurma işləri aparılır. Bu işlər başa çatanda stansiyada “Wi-Fi” şəbəkəsi qurulacaq. Daha sonra isə Bakı-Tiflis-Qars dəmiryolu xətti istifadəyə veriləndən sonra həmin qatarlarda da bu şəbəkə qurulacaq. Çünki qatarlarımız Avropaya qədər hərəkət edəcək və “Wi-Fi” şəbəkəsi müasir zamanın tələbidir. Lakin bunun üçün əvvəlcə Rusiya və Gürcüstan kimi qonşu ölkələrlə razılıq əldə olunmalıdır. Qatarlar hərəkətdə olduğuna görə bu məsələdə bir az çətinliklər üzə çıxır. Bunu qatar gedən başqa ölkələrlə də razılaşdırmaq lazımdır. Bizimlə yanaşı həmin ölkələrdə də şəbəkənin qurulması üçün işlər həyata keçirilməlidir” - deyə N.Əzməmmədov əlavə edib.
Gülxar
-
Qarabağ 14:15Xankəndi şəhərinə köçmək istəyənlərə ŞAD XƏBƏR
-
ABŞ13:45Tramp Makronun “fatihə”sini verdi: Heç kimə lazım deyil, tezliklə…
-
Region12:48Tramp Paşinyana da dəvət göndərdi: Nə cavab verib?
-
Nida Xəbər 12:36Məzahir Pənahov vəzifədən gedir? - ÖZÜ DANIŞDI
-
Maraq dünyası11:46Qışda böyük yüksəliş: 5 bürc varlanacaq
-
Sağlamlıq11:25Dünya bu il yeni pandemiya ilə üzləşəcək: TƏHLÜKƏ QAPIDA
-
Nida Xəbər 10:21Türkiyə XİN-dən 20 Yanvar faciəsi ilə bağlı paylaşım - FOTO
-
Sosial09:45Hazırda bu yollar bağlanıb - Sürücülərə XƏBƏRDARLIQ








































