Qırmızı.az
“Ana Vətənlə döyünən ürəklər”
Ana Vətən Partiyasının (AVP) 25 illik yubileyinə hədiyyə olaraq hazırlanmış “Ana Vətənlə döyünən ürəklər” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.
Publika.az-ın məlumatına görə, təqdimat mərasimində partiyanın İcra Aparatının rəhbəri Elçin Ağamalı, Ali Məclisin sədri Rəşadət Yaqublu, Təşkilat Şöbəsinin müdiri Azər Quluzadə və topluda yazıları çap olunan AVP üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən E.Ağamalı toplunun yaranma ideyası və onun hazırlanması barədə geniş məlumat verib.
O qeyd edib ki, kitabda AVP üzvü olan və Azərbaycanın ayrı-ayrı bölgələrində yaşayan 29 qələm sahibinin ədəbi yazıları toplanıb və bu nəşr ana vətənçilərin əyani birlik nümunəsidir.
Sonra nəşrin redaktoru, AVP İsmayıllı rayon təşkilatının sədri, şair Şahməmməd Dağlaroğlu, AVP Təşkilat Şöbəsinin müdiri və nəşrin tətribatçısı Azər Quluzadə çıxış edərək toplunun ərsəyə gəlməsi, yazıların toplanması və digər işlər barədə məlumat verdilər.
Sonda “Ana Vətənlə döyünən ürəklər” adlı şeirlər kitabı yazı müəlliflərinə təqdim olunub.
Vasif Həsənli
-
MDB21:12
Zaxarova Yeni il üçün görün hansı yeməyi hazırlayacaq - "Elə bişiririk ki..."
-
Sosial20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi