Qırmızı.az
İqlim müqaviləsinin mətninə dair razılıq əldə edildi
BMT-nin Parisdə keçirilən İqlim Dəyişikliyi konfransında iştirak edən 195 ölkənin nümayəndələri iqlim dəyişikliyinə dair müqavilənin mətnini təsdiq edib.
Dörd il sürən müzakirələrdən sonra əldə edilən sənədin layihəsində iqlim dəyişikliyinə təsir göstərən istixanə qazlarının havaya tullantılarının nəticələrinin aradan qaldırılması ilə bağlı ölkələrə müxtəlif yolların təklif edilməsini nəzərdə tutur.
Tənqidçilər Parisdə COP21 sammitinin cümə günü bitməsinə qədər hələ də bir sıra məsələlərin həll olmamış qaldığını bildirir. Buraya yeni direktivlər həyata keçirilməsi üçün tələb olunan maliyyənin kim tərəfindən ödənməsi məsələsi daxildir.
Dünyanın inkişaf etməkdə olan 134 ölkəsinin nümayəndələri inkişaf etmiş bəzi ölkələrin maliyyələşdirmə üçün şərtlərin qəbul edilməsi səylərinə etiraz ediblər.
Başqaları isə iqlim dəyişikliyinin nəticələrinin aradan qaldırılması üçün maliyyə fondlarına dair mətn daxil olmaqla, yeni təkliflərin hazırlanmasının təkcə inkişaf etmiş ölkələrin məsuliyyəti olmadığını qeyd edib.
Alimlər xəbərdarlıq edir ki, Yer planetində temperatur istiləşdikcə, bunun dəniz səviyyəsinin qalxması, daığdıcı qasırğalar və ciddi quraqlıqlar kimi nəticələrinin insanların həyatına böyük təsiri olacaq.
-
Sosial16:20
İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."
-
Region15:35
Erməni əsgərə hədiyyə olunan "Ah İstanbul, İstanbul" kitabı İrəvana OD QOYDU - FOTO
-
Rəsmi xronika15:07
Prezidentdən Azərbaycanla bağlı mühüm mesaj: Daha böyük coğrafiyada...
-
Sosial15:05
Yeni qanun: Azərbaycanda bu şəxslərə ilk dəfə işə girəndə 6 min manat veriləcək
-
Rəsmi xronika14:47
İlham Əliyev Cəbrayılda açılışda iştirak etdi - Yeniləndi
-
Qoroskop14:00
Ən təhlükəli 4 bürc - Özünüzü onlardan qoruyun
-
İdman12:36
Baləli "Qarabağ"ı tənqid etdi: Belə davam edə bilməz - MÜSAHİBƏ
-
Dünya11:28
MKİ və "Mossad" aylardır bu oteldədir: Tam məxfi şəraitdə hansı danışıqlar aparılır?