Qırmızı.az
Qazaxıstan itkin düşən neftçilərin axtarışına qoşuldu
Azərbaycanın Xəzər dənizindəki neft platformasında baş verən yanğından sonra Qazaxıstan gəmiləri zərərçəkənlərin tapılması üçün gücləndirilmiş müşahidə həyata keçirir.
APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
”Regionda çətin meteovəziyyət hələ də davam edir. Buna baxmayaraq, Sahil Mühafizə Xidmətinin rəisi tərəfindən olduqları ərazilərdə vəziyyətə gücləndirilmiş nəzarət və müşahidə həyata keçirməklə bağlı kater və gəmilərə tapşırıq verilib. Hər hansı obyekt və ya xəsarət almış şəxs aşkar olunduğu halda məlumat veriləcək və lazımi yardım göstəriləcək”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.
Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub.
Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb.
-
Nida Xəbər 11:36
General Bərxudarov vəzifədən azad olunmasına belə reaksiya verdi: "Bu söhbətin başını buraxın"
-
İqtisadi gündəm11:00
Neft həftəyə bu qiymətlə başladı
-
Sosial10:30
Yeni qanun: Müəllimləri təhqir edənlər 12 min manata qədər cərimələnəcək
-
Kriminal10:06
Bu gözəl dünya çempionunu depressiyadan xilas edərək futbola necə qaytarıb? - FOTOLAR
-
MDB09:54
Putinin ad günü tarixə düşdü: Moskvada göydən yerə...
-
MDB09:24
Ukrayna PUA-ları hücum etdi: Krımda neft anbarı belə partladıldı - VİDEO
-
Sosial08:48
Biri Bakıdakı, digəri Cəbrayıldakı evinə qayıtdı - VİDEO
-
Sosial08:24
SOS: Bakıda elə məktəb ləvazimatları satılır ki... - FOTO