Qırmızı.az
"Azercell"-in növbəti Bölgə Tələbə Proqramı
Azərbaycanın lider mobil operatoru "Azercell Telekom" bölgələrimiz üçün nəzərdə tutulan növbəti Tələbə Proqramına start verdi.
Azərbaycanın regionlarında yerləşən Universitetlərdə təhsil alan tələbələrə aylıq təqaüd almaq imkanını yaradan bu proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin inkişaf etməsinə və peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir.
Proqram çərçivəsində Azercell əməkdaşları tərəfindən Gəncə Dövlət Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində, Azərbaycan Texnologiya Universitetində, Mİngəçevir Dövlət Universitetində təqdimatlar keçirilib, eləcə də Naxçıvan və Lənkəran Dövlət Universitetlərində proqram haqqında tələbələrə geniş məlumat verilib. 400-dən çox tələbənin iştirak etdiyi təqdimatlarda Tələbə proqramı ilə bağlı suallar cavablandırılıb.
Şirkət nümayəndələri tərəfindən məlumat verilib ki, proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonuna qədər Azercell şirkəti tərəfindən xüsusi təqaüd alacaqlar. Bununla yanaşı, seçilən tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılacaq.
Belə ki, onlar telekommunikasiya sahəsi haqqında biliklərini
artırmaq, şirkətin korporativ tədbirlətində və sosial fəaliyyətində
iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə
keçmək imkanını əldə edəcəklər. Dekabr ayı boyunca proqramla bağlı
Azercell əməkdaşlarının ölkənin digər bölgələrində də təqdimatlar
keçirəcəyi planlaşdırılır.
Məlumat üçün bildirək ki, Tələbə Proqramına müraciət etmək üçün
şirkətin rəsmi səhifəsinin Karyera bölməsindəki
(http://www.azercell.com/az/company/career/development_oportunities/)
“Bölgə Tələbə Proqramı 2015” səhifəsinə daxil olmaq lazımdır.
Ərizələr yalnız onlayn rejimdə qəbul edilir. Müraciətlərin son
qəbul tarixi – 11 dekabr 2015-ci ildir.
Tələbə Proqramı tələbələrə 2008-ci ildən etibarən təqdim olunur və bugünədək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan onlarla tələbə Azercell şirkətinin Tələbə programının qalibləri adını qazanıblar. Ötən ildən etibarən isə Azercell artıq ölkəmizin müxtəlif bölgələrində Tələbə Proqramı layihəsini həyata keçirir.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48,12% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.
-
İdman22:05
Millimiz Slovakiyaya da uduzdu - VİDEO/YENİLƏNDİ
-
Dünya21:29
İsrail hərbçiləri Livanda 800 metrlik bunker tapdı
-
Ekologiya20:15
Geomaqnit qasırğası olacaq - Bu tarixlərdə
-
Nəqliyyat19:30
Naxçıvana bu avtomobillərin girişi məhdudlaşdırıldı - VİDEO
-
Avropa18:00
Orban Trampı razı salmaq üçün Ukraynanı görün nə ilə hədələdi
-
Region17:10
Paşinyan və Tokayev görün nəyi müzakirə edib
-
Rəsmi xronika15:24
Prezident fərman imzaladı
-
Hadisə14:50
Bakının məşhur restoranında ofisiantlar müğənnini bıçaqladı - TƏFƏRRÜAT