ABŞ-dan “Günəşli” ilə bağlı təklif
Bizi izləyin

Qırmızı.az

ABŞ-dan “Günəşli” ilə bağlı təklif

ABŞ-ın xüsusi elçisi və Beynəlxalq Enerji Koordinatoru Amos Hokstayn energetika naziri Natiq Əliyevə başsağlığı məktubu göndərib.

Azərbaycan Energetika Nazirliyindən Publika.az-a verilən məlumata görə, A.Hokstayn “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həyatını itirənlərə dərin hüznlə başsağlığı verərək, xəsarət alanlara şəfa diləyib.

"Bu ağır günlərdə Amerika Birləşmiş Ştatları sizin kədərinizi bölüşür", - deyə A.Hokstayn qəzanın təhlili və bərpa işləri ilə əlaqədar ölkəsinin köməyini təklif edib: “ABŞ Daxili İşlər Nazirliyinin Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (BSEE) Bürosu hadisənin əsas səbəbinin təhlilində kömək etməyə hazırdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm