Qırmızı.az
SOCAR: "Günəşli"də neft quyularındakı yanğın tam söndürüldü
"Günəşli" yatağında itkin düşmüş neftçilərin axtarışları davam etdirilir.
Bu barədə Publika.az-a "Azneft" İstehsalat Birliyində operativ qərargahından məlumat verilib.
Məlumatda bildirilib ki, axtarışlara Fövqəladə Hallar Nazirliyinin 2 helikopteri, 1 təyyarəsi, Dövlət Sərhəd Xidmətinin 5 gəmisi “Günəşli”, “Şahdəniz”, “Ümid” yataqları, Çilov adasının şimal-qərb istiqamətində axtarışları davam etdirir. Bu saata qədər isə itkin düşənlərdən tapılan olmayıb.
Yataqda yanğının söndürülməsi üçün 3 gəmi cəlb olunub, 2 gəmi isə ehtiyatda gözləyir. Bundan başqa, xarici mütəxəsislər ”Şıxlinski” gəmisində yanğının söndürülməsi üçün avadanlıqların quraşdırılması üzərində işləyir. İşlər başa çatandan sonra onlar da yanğının söndürülməsinə başlayacaqlar.
SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Trend-ə bildirib ki, "Günəşli" yatağındakı yanan 10-cu özüldə neft quyuları tam söndürülüb.
Onun sözlərinə görə, bu, mümkün neft dağıntılarına görə ekoloji fəlakətin qarşısını tam almağa imkan verdi. Yanan qaz quyularının söndürülməsi yekun mərhələdədir.
N.Quliyev bildirib: "Biz onları qısa müddət ərzində söndürməyə çalışırıq. Yanğın söndürüldükdən sonra platforma yenidən qurulacaq. Bundan sonra quyular yenidən istismara veriləcək".
Gülxar
-
Kriminal05:45
Piramida üsulu ilə pulu belə oğurlayırlar - VİDEO
-
Avto02:19
Zukerberq xanımı üçün xüsusi "Porsche" hazırlatdı - FOTOLAR
-
ABŞ01:40
"Milton" yaxınlaşır - Co Bayden fövqəladə vəziyyət elan etdi
-
Dünya01:20
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz
-
İdman7 Oktyabr 23:38
“Neftçi”nin baş məşqçisi o olacaq – Danışıqlar başladı
-
Kriminal7 Oktyabr 22:32
15 yaşlı Sevinc qətlə yetirilərkən hamilə olub - YENİ DETALLAR
-
Magazin17 Oktyabr 21:11
Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR