Qırmızı.az
Çarın əmisi qızını 50 fayton cehizlə gəlin gətirən azərbaycanlı bəy - FOTOLAR
Son vaxtlar görkəmli yazıçı, ədəbiyyatşünas Əbdürrəhimbəy Haqverdiyev barəsində mətbuatda dərc olunan bəzi yazılar, o cümlədən, Elmina Cəbrayıllının dramaturqla qohumluq əlaqələrinin olduğunu iddia etməsi haqverdiyevlər nəslinin nümayəndələrinin narazılığına səbəb olub.
Bəy oğlu bəy...
Əbdürrəhimbəy Haqverdiyevin qardaşı nəvəsi, hazırda Almaniyada yaşayan Rizvanə Sadıqbəyova Publika.az-a danışaraq Elmina Cəbrayıllının Haqverdiyevlə, habelə Üzeyir bəy Hacıbəyli ilə heç bir qohumluq əlaqəsinin olmadığını deyib. O, digər məsələlərə də aydınlıq gətirərək bəzi maraqlı məqamları açıqlayıb: "1948-ci ildə Ağdamda ziyali ailəsində anadan olmuşam. Atam Qarabağın nüfuzlu və zəngin zadəganlarından olan Həsənalı bəy Sadıqbəyovun nəvəsidir. Həsənalı bəy tanınmış mülkədarlardan olub. O, Qarabağın nüfuzlu şəxslərindən biri, həm də ana tərəfdən qohum olan Hacı Əhməd aganın böyük qızı ilə evlənib. Bu nikahdan onun iki övladı - Həmid bəy və Abbas bəy dünyaya gəlib. Varlı bəylərdən olan Hacı Əhməd böyük bacısını Həsənalı bəyə, kiçik bacısını isə Əbdürrəhim bəyin (söhbət Əbdürrəhim bəyin babasından gedir) oglu Əsəd bəyə ərə verib. Yeri gəlmişkən, Əbdürrəhim bəyin Əbdüləzim və Əbdülkərim adlı iki qardaşı olub. Əbdüləzim bəyin nəslinin davamçıları bu gün də yaşayırlar. Məsələn, iqtisadçı ekspert Oqtay Haqverdiyev həmin nəsildəndir. Əbdülkərim bəyin isə övladı olmayıb. Əbdürrəhim bəyin (baba) oğlu Əsəd bəy Şuşa qəza idarəsində katib işləyib.
Qarabağdakı Ağbulaq kəndi bu nəslə məxsus idi. Sonralar Qarabağa muxtariyyət veriləndə, həmin kənd ermənilərə qaldı. 1870-ci ilin mayında Əsəd bəyin oğlu dünyaya gəlir. Ata oğluna atası Əbdürrəhimin adını qoyur. Valideynləri Ağbulağa uşağın şərəfinə bulaq çəkdirirlər. Onun adı "Bəy bulağı" idi. Qarabağ ermənilər tərəfindən işğal olunana qədər müəllimlər orta məktəb şagirdlərini Bəy bulağına aparar onlara Əbdürrəhim bəy haqda söhbət açardılar".
Cehizi 50 faytona yük olan əcnəbi gəlin
Əsəd bəyin qız övladının da dünyaya göz açdığını deyən Rizvanə Sadıqbəyova qeyd edir ki, Əbdürrəhim bəy üç yaşına çatanda, Əsəd bəy dünyasını dəyişir: "Ağsaqqallar belə qərara gəlirlər ki, kiçik Əbdürrəhimi atasının əmisinin -Şuşa məhkəməsində vəkil işləyən Əbdülkərimin himayəsinə versinlər. O, uşağı himayəsinə götürür.
Əbdürrəhim bəy də öz xatirələrində bu barədə ətraflı yazıb. Lakin Əbdülkərim bəyin xanımı körpə Əbdürrəhimi çox incidir. Bu səbəbdən də əmisi rəhmətə gedən kimi, anasının yanına qaçır. Anası Hüsncahan xanım Həsənalı bəy Sadıqbəyova ərə getmişdi. Bu, qadının ikinci ailə həyatı idi. Atalığı Əbdürrəhim bəyi övladlarından ayırmır və ona qayğı göstərir. Həmin ailədə altı uşaq böyüyüb. Onlardan biri – Həmid bəy mənim babamdır".
Açılmayan faktlar
Rizvanə Sadıqbəyova bildirir ki, Əbdürrəhim bəy haqda bir çox maraqlı faktlar hələ mətbuata açıqlanmayıb: "Həsənalı bəyin oğlu Saleh Şuşada bəylərdən biri ilə dalaşaraq onu öldürür. Buna görə Saleh bəyi Sibirə sürgün edirlər. Qardaşı Abbas Salehi tək qoymamaq üçün Sibirə gedir. Abbas bəy Əbdürrəhim bəyin məsləhətilə çarın anasına ərizə ilə müraciət edir. Bundan sonra onların sürgün cəzası müharibədə iştirakla əvəzlənir. Saleh bəy cəbhədəki döyüşlərdə həlak olur. Abbas bəy isə igidliyinə görə çarın mükafatına layiq görülür. Hətta Peterburqa - çarın sarayına dəvət edilir. Sarayda keçirilən ziyafətdə çarın Donya adlı əmisi qızı babama aşiq olur. Onlar evlənirlər. Abbas bəy bir neçə il sonra Vətənə qayıdır. Gəlinin cehizini Yevlaxdan Şuşa dəmiryol stansiyasına 50-yə qədər fayton daşıyır. Əbdürrəhim bəyin anası Hüsncahan xanım gəlinin adını dəyişdirib Dünya xanım qoyur və ona İslamı qəbul etdirir".
Müsahibimiz Əbdürrəhim bəyin ailə qurmasından da danışır: "Həsənalı bəy qızını qaynı oğlu Mamo bəy Mamayeva ərə verir. Mamo bəyin arvadı ölmüşdü. Onun birinci arvadından Tükəzban adlı bir qızı qalmışdı. Bu, Əbdürrəhim bəyin ailə qurduğu Tükəzban xanımdır. Hüsncahan xanım qardaşı oğlunun birinci arvaddan olan qızı Tükəzbanı oğlu Əbdürrəhimə alır.
Bu izdivacdan onların usağı olmur və Əbdürrəhim bəy Mamo bəyə ərə getmiş bacısının uşaqlarını – Hüseyn bəyi və Fatma xanımı böyüdüb tərbiyə edir.
Hüseyn bəyin də övladı olmayıb. Fatma xanımın isə iki övladı var – Tofiq Məlikaslanov və Eleonora xanım. Bu gün onların övladlarının özlərini Əbdürrəhimbəyin nəslinin davamçıları aldatmağa mənəvi haqları çatır".
R.Sadıqbəyovanın sözlərinə görə, Əbdürrəhim bəyin Sənəm adlı bacısı olmayıb: "Bu qadının Əbdürrəhim bəyi təhqir edən fikirlərinə kəskin etirazımı bildirirəm.
Ümumiyyətlə, Elmina Cəbrayıllının bizimlə qohumluq əlaqəsi yoxdur. Elmina Cəbrayıllı qoca qadın olduğuna görə, onu məhkəməyə vermirik. Əks təqdirdə bu işin axırına qədər gedib, onun söylədiklərinin həqiqətə uyğun olmadığını sübut edərik.
Bəlkə də Elmina Üzeyir Hacıbəyovun qohumudur, ola bilər. Amma onun Əbdürrəhim bəy Haqverdiyevlə qohumluq əlaqələri yoxdur. Çünki Əbdürrəhimbəyin Sənəm adlı bacısı olmayıb. Onun iki bacısı olub. Nabat adlı bacısı çayda boğulub, digər bacısı isə Mamo bəy Mamayevə ərə gedib. Qoy Elmina özünə yeni "qohumlar" axtarsın.
Əgər onun özünün dediyi kimi Sənəm nənə Əbdürrəhimbəy Haqverdiyevin bacısı, Üzeyir bəyin xalasıdırsa, deməli, Əbdürrəhimbəy Üzeyir bəyin dayısıdır. Bu, yalandır, absurddur.
Əbdürrəhim bəyin əmisi nəvəsi Oqtay Haqverdiyev bir neçə il ticarət nazirinin müavini vəzifəsində çalışıb. Elmina xanım onun vəzifəsindən istifadə etmək üçün qəbuluna gedərək özünü haqverdiyevlər nəslinin nümayəndəsi, Oqtay müəllimin qohumu kimi təqdim edib. Oqtay müəllim də humanist insan olduğuna və Əbdürrəhim bəy haqqında ətraflı məlumata malik olmadığına görə üçün Elminanı qohum kimi qəbul edir.
Ziyalılarla bağlı təşkilatlardan biri Əbdürrəhim bəylə bağlı Akademik Milli Dram Teatrında tədbir keçirdi. Zeynalabdin bəyin oğlu Saleh bəy də bu tədbirdə iştirak edirdi.
Elmina Cəbrayıllı ona da yaxınlaşaraq özünü bu nəslin üzvü, qohum kimi təqdim edib. Saleh bəyin humanistliyindən istifadə edərək evinə ayaq açıb.
Bu qadın Kamran Məmmədovun Haqverdiyev haqda kitabındakı şəklin üzünü çıxararaq çərçivəyə saldırıb. Özünün problemlərini babamızın adından istifadə edərək həll etmək üçün bu vasitəyə əl atıb".
Rizvanə Sadıqbəyova Elmina Cəbrayıllının Əbdürrəhim bəylə bağlı söylədikləri bəzi xatirələri də təkzib edir: "Ömrünün son günlərində belə, üzünün nurunu saxlayan Əbdürrəhim bəy Haqverdiyev kimi bir ziyalı dini fanatizmin hökm sürdüyü bir vaxtda çadralı bir qadının arxasınca düşərdimi?
Bütün yaradıcılığı boyu çadraya etiraz etmiş, mütərəqqi fikirli, Bakıda hamının tanıdığı şəxsiyyət hansı ağılla çadralı qadının arxasınca düşüb? Bu, ağ yalan və böhtandır. Mən hələ "bacı" ilə "qardaş" arasındakı dialoqu demirəm.
Elmina xanımın söylədikləri cəfəngiyatdır. Özünü Üzeyir bəyin xalasi nəvəsi, Əbdürrəhim bəyin bacısı nəvəsi kimi təqdim edən bu qadın əmilərim Teymur bəyin və Saleh bəyin vəfatından sonra mətbuatda çıxışlar edib, özünə sənədlər toplayıb. Bəlkə də məqsədi Əbdürrəhim bəyin ev muzeyini yaradıb, ona sahiblik etməkdir. Bir neçə il bundan əvvəl bir qadını da telekanallardan birindəki verilişə çıxarmışdı. Guya o qadın Əbdürrəhim bəyin qardaşı qızı idi. Amma Saleh bəy çıxış edərək bildirdi ki, Əbdürrəhim bəyin bu adda qardaşı olmayıb".
Anar Tağıyev
-
ABŞ04:14UNO videosunda keruv mələyi göründü - FOTO
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı
-
Magazin212 May 20:48Farah Zeynep Abdullaha nə olub? - FOTO























.png)














