Baş Prokurorluq apellyasiya məhkəməsinin hökmündən protest verdi
Bizi izləyin

Qırmızı.az

Baş Prokurorluq apellyasiya məhkəməsinin hökmündən protest verdi

Yetkinlik yaşına çatmayan 4 nəfər Abşeron rayon sakininin Cinayət Məcəlləsinin 150 (seksual xarakterli zorakılıq hərəkətləri) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bir şəxs 6 il 6 ay, digərlərinin hər biri isə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.

Baş Prokurorluqdan Publika.az-a verilən məlumata görə, müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün Cinayət Məcəlləsinin 150-ci maddəsinə dair hissəsi ləğv edilərək həmin hissədə təqsirləndirilən şəxslərə bəraət verilib, Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə bir məhkumun üzərində 5 il 6 ay, digərlərinin üzərlərində isə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Baş Prokurorluq hökmdən Ali Məhkəməyə kassasiya protesti verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm