Palçıq vulkanlarından şist qazı alacağıq
Bizi izləyin

Qırmızı.az

Palçıq vulkanlarından şist qazı alacağıq

Palçıq vulaknlarının yer səthinə çıxardığı materiallar Azərbaycan üçün qeyri-ənənəvi sayılan şist qazının alınması istiqamətində istismar edilə bilər.

Publika.az xəbər verir ki, bu barədə Geologiya və Geofizika İnstitutu tərəfindən bu il həyata keçirilən qrant layihələri zamanı təklif irəli sürülüb.

İnstitut tərəfindən aparılan geokimyəvi təhlil nəticəsində bir sıra vulkanların yanar şistlərinin tərkibindəki kerogenin hələ tam yetişməməsi və özünün təkamül dövrünü yaşaması ehtimal olunub. Qobustanda palçıq vulkanlarının 6-8 km və daha böyük dərinlikdən yer səthinə çıxartdığı eosen-miosen yaşlı yanar şistli süxurların öyrənilmiş geoloji-geokimyəvi (sahə və stratiqrafik dərinlik üzrə paylanma qanunauyğunluqları, üzvi maddələrlə zənginliyi və s.) səciyyələri nəzərə alınmaqla, onların gələcəkdə şist qazı istiqamətində istismaretmə perspektivliyinin qiymətləndirilməsi təklif olunub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm