Daha bir əsgərimiz özünü güllələdi
Bizi izləyin

Qırmızı.az

Daha bir əsgərimiz özünü güllələdi

Daha bir əsgərimiz özünü güllələdi

Azərbaycan ordusu daha bir əsgərini itirib.Hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Azərbaycan ordusunun əsgəri, 20 yaşlı Heybətqulu Maqsud oğlu Əzizov tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, H.Əzizov Xaçmaz rayonundan həqiqi hərbi xidmətə çağırılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm