Qırmızı.az
Azərbaycanla bağlı arxeoloji eksponatlar Fransa muzeyində
Milli Azərbaycan Tarixi Muzeyi Arxeologiya elmi fond şöbəsinin müdiri Nasir Quluzadə Fransada Sen-Jermen-en-Laye Milli Arxeologiya Muzeyində ölkəmizə aid eksponatlar aşkarlayıb.
Publika.az xəbər verir ki, muzeydə fransız arxeoloqu Jak de Morqanın 1889-1891-ci illərdə Azərbaycan ərazisində aşkar edib Fransaya apardığı qədim maddi mədəniyyət nümunələri qorunur. N.Quluzadə ümumilikdə 548 ədəd qədim əşya ilə bağlı zəruri məlumatları qeydə alıb.
Zəruri məlumatlara hər bir qədim əşyanın fotoşəkilləri ilə yanaşı, inventar və əlavə nömrələri, adı, dövrü, tapıldıqları məkanların adı, təsviri, ölçüləri, saxlanma vəziyyətləri ilə bağlı və digər qeydlər daxil idi.
Layihədəki iş müddətində 502 ədəd qədim əşya Azərbaycanın cənub bölgəsinin Aspa-His, Amarat, Cönü, Mistan, Hovil, Cucik, Veri və Hiveri abidələrindən, eləcə də İranın Lor-Dağı, Monidigiyir abidələrindən tapılıb. Yalnız 46 ədəd qədim əşyanın Azərbaycan və ya İran ərazilərindən tapılması məlum deyildi və tapılma məkanı mübahisə doğururdu.
Qeyd edək ki, o, Fransanın Mədəniyyət və Kommunikasiya Nazirliyinin maliyyə dəstəyi ilə Paris yaxınlığındakı Sen-Jermen şəhərindəki Sen-Jermen-en-Laye Milli Arxeologiya Muzeyində 18 gün həyata keçirilən qrant layihəsində iştirak edib.
-
Avto02:19
Zukerberq xanımı üçün xüsusi "Porsche" hazırlatdı - FOTOLAR
-
ABŞ01:40
"Milton" yaxınlaşır - Co Bayden fövqəladə vəziyyət elan etdi
-
Dünya01:20
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz
-
İdman7 Oktyabr 23:38
“Neftçi”nin baş məşqçisi o olacaq – Danışıqlar başladı
-
Kriminal7 Oktyabr 22:32
15 yaşlı Sevinc qətlə yetirilərkən hamilə olub - YENİ DETALLAR
-
Magazin17 Oktyabr 21:11
Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR
-
Hadisə7 Oktyabr 19:30
Azərbaycanlı rəssamın qızı faciəvi şəkildə öldü