Ən çox korrupsiya bu qurumdadır - RƏSMİ
Bizi izləyin

Qırmızı.az

Ən çox korrupsiya bu qurumdadır - RƏSMİ

“Keçən il məhkəmələrə göndərilən 206 cinayət işindən çoxu bank sektoru ilə bağlı olub. Belə ki, bununla bağlı 29 cinayət işi üzrə 48 şəxs məsuliyyətə cəlb olunub”.

Publika.az xəbər verir ki, bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qurumun 2015-ci il ərzində gördüyü işlərə dair keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ticarət sahəsilə bağlı 36 cinayət işi üzrə 37 şəxs, tikinti üzrə 18 cinayət üzrə 31 şəxs, özəl sektorda 15 cinayət üzrə 22 şəxs, yerli icra hakimiyyəti üzrə 5 cinayət üzrə 9 şəxs, təhsil sahəsi üzrə 9 cinayət üzrə 20 şəxs, səhiyyədə 6 cinayət üzrə 6 şəxs, bələdiyyələr üzrə 7 cinayət üzrə 8 şəxs, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müavinətlərin verilməsinə görə 2 cinayət üzrə 10 şəxs məsuliyyətə cəlb olunub.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm