“Azəryolservis”dən buz bağlayan yollarla bağlı AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

“Azəryolservis”dən buz bağlayan yollarla bağlı AÇIQLAMA

Hal-hazırda respublikanın avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem müşahidə olunmur. Qar yağan ərazilərdə tədbirlər görülür, buz bağlamış sahələrə duz, qum səpilərək hərəkət təmin olunur.

Bu barədə Publika.az-a “Azəryolservis” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Bakı şəhərində “Azəryolservis” ASC-nin balansında olan yollarda da heç bir problem yoxdur, hərəkət normaldır. Texnikalar, maşın-mexanizmlər hazır vəziyyətdədir, kifayət qədər duz-qum ehtiyatı var.

Qurum həm də sürücülərə hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib:

“Sürücülərimiz də müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar hazır olmalıdır. Əgər avtomobil texniki cəhətdən nasazdırsa və sürücü təcrübəsizdirsə, xahiş olunur ki, nəqliyyat vasitələrindən mümkün qədər istifadə edilməsin. Qarlı-şaxtalı havada yola çıxarkən mütləq şəkildə avtomobillərin şinləri ən azından qış üçün nəzərdə tutulmuş olmalıdır. Əks təqdirdə, həmin nəqliyyat vasitələrinin hərkətində problem yaranacağı qaçılmazdır”.

Vətəndaşlardan yollarda hərəkətlə bağlı yaranan hər-hansı bir problemlə əlaqədar olaraq “Azəryolservis” ASC-nin “qaynar xətt”i olan (012) 599-79-75 nömrəli telefona zəng etmələri xahiş olunur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm