Fevralın ortasınadək bu yol bağlı olacaq – NİİM
Bizi izləyin

Qırmızı.az

Fevralın ortasınadək bu yol bağlı olacaq – NİİM

Bakıda bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işləri ilə əlaqədar paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri aparılır.

Publika.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar aparılan təmir işlərinə görə fevralın 2-si səhər saatlarından etibarən İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən başlayaraq Niyazi küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu yolda avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyətlərin fevralın ortasınadək davam edəcəyi gözlənilir.

Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm