Jurnalistlər üçün yeni müsabiqə
Bizi izləyin

Qırmızı.az

Jurnalistlər üçün yeni müsabiqə

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı jurnalistlər arasında “Vərəsəlik hüququ: qanunvericilik və təcrübə” mövzusuna dair çap və elektron məqalələrin müsabiqəsini elan edir.

Publika.az xəbər verir ki, müsabiqəyə vərəsəlik hüququna həsr olunmuş məqalələr, o cümlədən vərəsəlik hüququnun əsaslarını, qanun və vəsiyyət üzrə vərəsəliyin xüsusiyyətlərini, mirasın əldə edilməsini, habelə digər məsələ və problemləri əhatə edən təhlil xarakterli məqalələr qəbul edilir.

Müsabiqənin qalibləri nüfuzlu ekspertlərdən təşkil edilmiş münsiflər heyəti tərəfindən müəyyən olunacaq. Qaliblər diplomlar və pul mükafatları ilə təltif olunacaqlar.

Jurnalistlər müsabiqəyə fevralın 1-dən martın 19-dək dövri mətbuatda dərc edilən və ya internet resurslarında yerləşdirilən məqalələri ilə qatıla bilərlər. Bir jurnalist müsabiqəyə birdən artıq məqalə təqdim edə bilməz.

Müsabiqədə iştirak etmək istəyən şəxslər aktiv jurnalistika fəaliyyəti ilə məşğul olmalı və ən azı bir il peşəkar jurnalistika təcrübəsinə malik olmalıdırlar.

Müəlliflər məqalənin dərc edildiyi qəzet və ya jurnalın nüsxəsini həmin məqalənin elektron versiyası ilə birgə GIZ-in “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramının Bakı bürosuna təqdim etməli və müvafiq ərizə formasını doldurmalıdırlar. İnternetdə yerləşdirilmiş məqalə müəlliflərindən yalnız müvafiq ərizə formasını doldurmaq tələb olunur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm