Bakı məktəbləri “donuz qripi”nə görə dezinfeksiya edildi
Bizi izləyin

Qırmızı.az

Bakı məktəbləri “donuz qripi”nə görə dezinfeksiya edildi

Paytaxtın məktəb və bağçalarının 95%-i “donuz qripi”nə (A (H1N1”) görə dezinfeksiya olunub. Demək olar ki, paytaxtda bu işlər başa çatdırılıb.

Bunu Publika.az-a açıqlamasında Bakı Şəhəri Dezinfeksiya Stansiyasının baş həkimi Akif Məmmədov deyib.

Onun sözlərinə görə, qalan 5 faiz məktəb və bağçalar isə təmirdə olması səbəbindən dezinfeksiya edilməyib.

“Yanvarın 23-dən bu günə qədər 417 bağçada,471 məktəbdə “donuz qripi”nə görə dezinfeksiya işləri aparılıb. Bakı da daxil olmaqla, Sumqayıt, Gəncə və Mingəçevirdə ümumi plana əsasən 536 məktəbdə, 466 bağçada dezinfeksiya işlərinin aparılması nəzərdə tutulmuşdu. Bu prosesin birinci mərhələsi başa çatmaq üzrədir. Bir neçə həftə sonra digər məktəblərdə də dezinfeksiya işlərinin aparılması nəzərdə tutulub. Zaqatala və Balakəndə də dezinfeksiya işləri aparılır. Biz yalnız paytaxtda işlədiyimizə görə, buradakı rəqəmləri açıqlayırıq. Həmçinin digər rayonların yerli şöbələrində bu işləri həyata keçirir”.

Avtobus və metrolarda dezinfeksiya işlərinin aparılmasına gəldikdə, A.Məmmədov “Bakı Metropoliteni”nin bunu daxili imkanlar hesabına həyata keçirdiyini deyib. Lakin avtobuslarda dezinfeksiya işlərinin necə aparılmasından məlumatsız olduqlarını vurğulayıb:

“Avtobuslarda dezinfeksiya işlərinin aparılması üçün bu vaxta qədər bizə müraciət edilməyib. Əvvəllər də avtobus sahibkarları ilə aramızda müqavilə olmayıb. Məktəb və bağçalarla dezifeksiya işlərinin aparılması üçün müqavilə imzalamışıq. Buna görə də ayda iki dəfə həmin obyektlərdə dezinfeksiya işləri aparılır. “Donuz qripi” ilə bağlı yayılan məlumatdan sonra bu işləri bir az da sürətləndirmişik, Bildiyim qədəri ilə, “Baku Bus” avtobuslarında bu işləri özləri aparır. Heç olmazsa, ayda iki dəfə avtobuslarda dezinfeksiya işləri aparılmalıdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm