Qırmızı.az
AMEA-nın 2 institutu birləşdi, şəhərcik müdiri dəyişdi
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AMEA-dan Publika.az-a verilən məlumata görə, iclasda AMEA Biologiya və Tibb Elmləri, Yer Elmləri və Aqrar Elmlər bölmələrinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətlərinə dair hesabatları dinlənilib. Hesabat məruzələrində sözügedən bölmələrin həm fundamental elmi tədqiqat işləri, həm də tətbiqi xarakterli elmi-texniki tədqiqatları haqqında məlumat verilib, bir sıra elmi-təşkilati məsələlər müzakirə edilib.
Tədbirdə müzakirə olunan növbəti məsələ Akademiyanın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Eroziya və Suvarma İnstitutunun birləşdirilməsi barədə olub. Rəyasət Heyəti adları çəkilən institutların birləşdirilərək Torpaqşünaslıq və Aqrokimya İnstitutu adlandırılmasını məqsədəuyğun hesab edib və bu barədə AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul edib.
İclasın sonunda kadr məsələlərinə də baxılıb. Rəyasət Heyətinin qərarına əsasən, Bayram Babayev AMEA-nın Akademiya şəhərciyinin direktoru vəzifəsinə təyin edilib.
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi