Azərbaycanın adının səhv yazıldığı qlobuslar satışdan çıxarıldı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Azərbaycanın adının səhv yazıldığı qlobuslar satışdan çıxarıldı - FOTOLAR

Avstraliyanın "Cotton On Group" ticarət şəbəkəsi Azərbaycanın adının səhv yazıldığı məktəb qlobuslarını satışdan geri çağırıb.

"Report" xəbər verir ki, bu barədə şəbəkənin "facebook" səhifəsində yazılıb.

Dəftərxana ləvazimatları istehsalı ilə məşğul olan "Typo" şirkətinin buraxdığı qlobuslarda Azərbaycanın adı "Azerbalian" kimi təqdim olunub. Eyni zamanda qlobuslarda Xəzər dənizinin adı iki dəfə yazılıb, həmçinin İsrail Fələstin adlandırılıb.

"Cotton On Group" qeyd edir ki, sözügedən qlobuslar yeni partiya ilə əvəz olunacaq və bu buraxılışlarda bütün ölkələrin adları düzgün yazılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm