Qırmızı.az
Cinayətkar dəstənin daha 2 üzvü həbs edildi - VİDEO
Bir neçə gün öncə Binəqədi polisinin Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi ilə birgə avtomaşınları oğurlayaraq onları hissələrə ayırıb satmaqla məşğul olan dəstəyə qarşı həyata keçirdiyi əməliyyatın davamı olaraq daha 2 nəfəri həbs edib.
Martın 24-də polislər tərəfindən ifşa edilən 4 nəfərdən ibarət
dəstənin rayon ərazisində quldurluq edərək maşınları hissələrə
ayırıb satmaları müəyyən edilmişdi. İndi isə dəstə ilə iş birliyi
olan 26 yaşlı Fəxri Quliyev və 25 yaşlı Anar Piriyev saxlanılıb.
Saxlanılan Fəxri Quliyev istintaqa verdiyi ifadəsində bildirib ki,
tanışı Elməddin adlı şəxsdən “Reno” markalı maşın alıb. Amma bu
maşında əlavə özünün də eyni markalı maşını olub. Amma sonradan
qiymətdə razılığa gələ bilmədiklərindən maşını qaytarmaq istəyib və
sonda hər iki tərəf qarşılıqlı razılığa gələ bilib.
Bu yolla maşın Anar Priyevin vasitəsilə bir neçə gün öncə
zərərsizləşdirilən qrupun üzvü Cavid Əliyevə satılıb. Anarın isə
vasitəçi kimi bu işdən gəliri 100 manat olub. Cavid də öz
növbəsində həmin maşını hissələrə ayırmaq məqsədindən daşınaraq
satışa çıxarıb. Nəticədə maşın başqa nömrə ilə eyni model, yəni
“Reno” markalı maşına məxsus sənədlə satılıb. Cavidlə Anarın iş
biriliyi bununla da kifayətlənməyib. Ortada maddi qazancın olması
Anarın marağını artırıb.
Hazırda Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cinayətdə adı
hallanan Elməddin adlı şəxsin istintaqa cəlb edilməsi üçün işlər
aparır. Gənclərin isə bu kimi dələduzluqlarının sayının artacağı
isə istisna edilmir. Odur ki, hər iki şəxsin əməllərindən ziyan
görən vətəndaşlar varsa, Binəqədi polisinə müraciət etmələri xahiş
olunur.
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...