Qafqaz Universitetinin layihəsi başa çatdı – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Qafqaz Universitetinin layihəsi başa çatdı – FOTOLAR

Qafqaz Universiteti Mühəndislik fakültəsi tərəfindən ödənişsiz həyata keçirilən “Mühəndislik Tələbələrinin Qış Məktəbi” adlı layihə uğurla başa çatıb.

Publika.az-ın məlumatına görə, layihədə iştirak üçün 541 nəfər müraciət edib. Müsabiqə yolu ilə 8 universitetdən 32 nəfər layihədə iştirak etmək hüququ qazanıb.

Beş gün davam edən “Mühəndislik Tələbələrinin Qış Məktəbi” də tələbələrə Qafqaz Universitetinin Mühəndislik fakültəsinin dekanı Xəlil İsmayılov tərəfindən Elektrik və elektrik motorları haqqında, Azərbaycanda yeni - yeni tanınmağa başlanılan “3D” printer, onun istifadə sahələri və işləmə prinsipləri haqında, mexanika mühəndisliyinin kompüter laboratoriyasında “CAD” proqramlarından istifadə və “SolidWORKS” proqramı haqqında , Qafqaz Universitetinin İnformasiya, Kommunikasiya Texnologiyaları (İKT) mərkəzi tərəfindən robotlar haqda, “Gənc mühəndislərin inkişafı” İctimai Birliyi (GəncMİB) tərəfindən fəaliyyətləri haqqında seminar və təlimlər verilib.

Seminardan sonra layihə iştirakçıları Qafqaz Universiteti Mexanika laboratoriyalarında kimya sahəsində, materialların mikroskop altında analiz üçün hazırlanması və analizi, maye mexanikası, “3D” printerdən istifadə və başqa sahələr üzrə təcrübələr aparıblar. Onlara verilən tapşırıqları yerinə yetiriblər.

Əyləncəli və idman oyunlarına da vaxt ayrılan layihənin sonuncu günü ölkəmizin öndə gələn şirkətlərdən birinə gəzinti də təşkil olunub.

İştirakçılara layihəni uğurla başa vurduqları üçün sertifikat verilib. Bu münasibətlə təşkil olunan tədbirdə Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç qeyd edib ki, universitetlərin sosial məsuliyyəti də var: “Bu layihədə sosial layihədir. Burada bir neçə universitetin tələbələri var. Qafqaz Universitetinin labarotoriyaları sizin istifadənizə açıqdır. Hər zaman bu imkandan istifadə edə bilərsiniz”.

Çıxış edən tələbələr “Qış məktəbi”nin təşkilindən razı qaldıqlarını bildirərək təşkilatçılara təşəkkür ediblər.

Qeyd edək ki, layihədə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnologiya Universiteti, Milli Aviasiya Akademiyası, Qafqaz Universiteti və Xəzər Universitetinin tələbələri iştirak ediblər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm