
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daha bir şöbə müdiri vəzifəsindən azad edilib.
Publika.az xəbər verir ki, nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ayaz Bayramov işdən çıxarılıb.
Nazirliyin mətbuat xidməti Publika.az-a məlumatı təsdiqləyib.
Bildirilib ki, bir neçə gün əvvəl A.Bayramov öz ərizəsi ilə vəzifəsindən azad edilib. Onun yerinə hələ ki təyinat yoxdur.
Gülxar