Beş dövlət dəmir yolu ilə bağlı sənəd imzaladı
Bizi izləyin

Qırmızı.az

Beş dövlət dəmir yolu ilə bağlı sənəd imzaladı

Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Qazaxıstan, İran, Gürcüstan və Türkmənistanın dəmir yolu və dəniz qurumları rəhbərlərinin beştərəfli görüşü keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Publika.az-a verilən məlumata görə, tədbir çərçivəsində qurum sədri Cavid Qurbanovla Tukmənistan Dəmir Yolu naziri Bayram Annemeredov, "Gürcüstan Dəmir Yolu" SC-nin sədri Mamuka Baxtadze və İİR-ın Dəmir Yolunun vitse-prezidenti Huseyn Aşuri arasında ikitərəfli görüşlər keçirilib.

Görüşdə "Şərq-Qərb" multimodal nəqliyyat dəhlizinin inkişafı: regiondakı mövcud nəqliyyat infrastrukturu ilə tanışlıq, potensilların və perspektivlərin qiymətləndirilməsi; Marketinq və yükdaşıma bazarının öyrənilməsi, tranzit yüklərin cəlb olunması üzrə birgə fəaliyyət, birgə nəqliyyat-logistika şirkətlərinin yaradılması və Tranzit yük axınının artırılması üzrə birgə tədbirlərin işlənib hazırlanması: vahid tariflərin və sənədlərin tətbiqi, gömrük-nəqliyyat prosedurlarının optimallaşdırılması məsələləri müzakirə olunub. Nümayəndə heyətləri Türkmənbaşı limanına baxış keçiriblər.

Görüşün yekununa dair müvafiq sənəd imzalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm