Qırmızı.az
Separatçıların pul oyunu
Dünən Xarici İşlər Nazirliyi “İşğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz iqtisadi və digər fəaliyyətlər” adlı hesabat təqdim etdi.
Kolleksionerlik fəaliyyətinə geniş marağım olduğu üçün Dağlıq Qarabağdakı qondarma rejimin “pul vahidləri” ilə bağlı məsələ diqqətimi çəkdi. XİN sözçüsü Hikmət Hacıyev bu pulların numizmatika kolleksiyalarına daxil edilməsinə qarşı addımların atıldığını qeyd etdi.
Bir çoxları üçün bu məsələ kiçik görünə bilər. Amma separatçılar bunu uzaqgörən bir addım olaraq atıblar.
Bu gün əksər onlayn auksionlarda Dağlıq Qarabağda separatçıların buraxdığı “pul, marka, zərf, sikkə” kimi məhsullara rast gəlmək mümkündür. “Marka”larda, “zərf”lərdə Dağlıq Qarabağın onların görmək istədikləri tarixlə bağlı materiallar təqdim edilir. Bu isə qondarma rejimin təbliği üçün düşünülmüş bir addımdır.
Şübhəsiz ki, separatçıların buraxdığı bu materiallar dünya kolleksionerlərinin bir çoxunun marağındadır və onların kolleksiyasında artıq özünə yer tapıb. Çünki kolleksionerlər üçün bu kimi hallar bəzən daha maraqlı olur. Nəzərə alaq ki, dünyada milyonlarla filatelist var və bu gün hər şeyin əlçatan olduğu bir vaxtda Qafqazdakı separatçı bir qurumun çap etdiyi markalar dünyanı dolaşmaqdadır. Bu isə bölgədəki siyasi durumu bilməyən şəxslərin təsir altına düşməsi üçün bir vasitədir.
İşağl faktı aradan qaldırılmayana qədər bunun qarşısını almaq mümkün olmayacaq. Amma nüfuzlu auksionlara müraciət etmək, mühüm çaplarda bu faktların aradan qaldırılmasına çalışmaq mümkündür. Və ya bəzi ölkələrdə açıq şəkildə bu pulların satılmasının qarşısını almaq olar. Xüsusən, MDB ölkələrində bu “pul”ların açıq şəkildə satışı həyata keçirilir.
Bəs, separatçılar markalarda, zərflərdə, sikkələrdə nəyi təbliğ edir?
İnternetdə auksion saytlarına baxarkən bu nəticələr ortaya çıxdı: “Dağlıq Qarabağ ordusunun yaranmasının 20 illiyi, Dağlıq Qarabağdakı arxeoloji tapıntılar; Artsaxın qəhrəmanları; Şuşanın azadlığının 20 illiyi, genosid abidəsinin təsviri; milli geyimlər; futbol yarışları; musiqi alətləri; medalların təsvirləri; müstəqilliyin 20 illiyi və s”.
Göründüyü kimi, bütün təsvirlər Qarabağda “müstəqil” bir dövlətin var olduğunu isbat etmək üçün düşünülüb və bu da təbliğatın mühüm bir vasitəsidir.
Ona görə də Azərbaycan Mərkəzi Bankı, Rabitə Nazirliyi, Xarici İşlər Nazirliyi bu məsələni daim gündəmdə saxlamalı, mühüm sərgilərdə, auksionlarda bu materialların yayımlanmasının qarşısını almalıdır.
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi
-
Maraq dünyası09:12Noyabrda 3 bürcün həyatında gözlənilməz dəyişikliklər olacaq
-
Dünya08:24ABŞ və Britaniyadan müəmmalı addımlar - Dünya müharibəsinə hazırlıq başladı?
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq












.jpg)



















