Qırmızı.az
Lənkəranda 13 tank əleyhinə mina zərərsizləşdirilib
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi əməliyyat qrupu Lənkəranın dənizsahili ərazilərinin minalardan təmizlənməsinə başlanıb.
13 nəfərlik qrup tərəfindən qısa müddətdə 15 hektar ərazinin 4 hektarında 13 ədəd TM-62 tipli tank əleyhinə mina və 2 ədəd mina başlığı aşkarlanaraq zərərsizləşdirilib.
ANAMA-nın baş mütəxəssisi Adil Aslanovun verdiyi məlumata görə, axtarışların aparıldığı ərazidə keçmiş SSRİ zamanında tank alayı yerləşmişdir. 1990-cı illərin əvvəllərində hərbçiləri Lənkəranı tərk edərkən alaya məxsus xeyli sayda silah-sursatı ataraq gediblər.
Xəzər dənizində suyun səviyyəsi qalxdıqdan sonra hərbi hissənin
yerləşdiyi ərazinin bir çox hissəsi, o cümlədən 2 hərbi sursat
anbarı su altında qalmışdır. Odur ki, ANAMA-nın əməliyyatçıları
axtarışları təkcə quruda deyil, həm də dənizdə aparırlar.
/Azərtac/
-
Region21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO