Qırmızı.az
Gələcəyin ən perspektivli ixtisasları hansılardır?
Son zamanlar ölkəmizdə gənclərin humanitar elmləri əhatə edən fəaliyyət sahələrinə, bu sahə üzrə ixtisaslara marağının getdikcə artdığı müşahidə olunur. Bəs görəsən ən çox mütəxəssis ehtiyacı hiss olunan, ən yaxşı iş və yüksək gəlir vəd edən sahələr həqiqətən də bunlardırmı?
Gəncə Cihazqayırma Zavodunun icraçı direktoru Ayət Bağırov deyir ki, son illərdə Azərbaycanda yaradılan çoxsaylı sənaye müəssisələri, istehsalat obyektləri bu sahələr üzrə mütəxəssislərə, peşəkar mühəndislərə ehtiyacı artırıb. İdxaldan asılılığın azaldılması istiqamətində həyata keçirilən dövlət siyasəti bu tendensiyanın davam edəcəyini söyləməyə əsas verir. Yeni istehsal müəssisələri isə peşəkar mütəxəssislərə, mühəndislərə tələbatı daha da artıracaq:
"Bu gün bizim nəinki yaxşı mühəndisə, hətta yaxşı ustaya da
ehiyacımız var. Ancaq diplom sahibinə yox, həqiqi mütəxəssisə. Bu
təlabat getdikcə daha da artcaq. Gəncə Cihazqayırma Zavodunun
yaradılmasından cəmi 5 il ötsə də istehsal etdiyimiz məhsulların
çeşidi artıq onlarladır. Hazırda ən müasir tələblərə və
standartlara cavab verən müxtəlif təyinatlı su sayğacları, turbinli
cihazlar, qaz tənzimləyiciləri, yardımçı montaj vasitələri,
kompozit materialdan müxtəlif avadanlıqlar istehsal edirik. Hansı
ki, bunların çoxu əvvəllər ölkəmizə xaricdən gətirilirdi.
Eksperiment olaraq günəş enerjisi ilə su qızdıran qurğular
hazırlayırıq. Bütün bunların icrasına isə yaxşı maşınqayırma
mühəndisi lazımdır. Bu gələcəyin ən perspektivli
ixtisaslarındandır. Gənclər bu sahəyə diqqəti artırmalı, yaxşı
təhsil almalı, tələbəlik illərindən başlayaraq istehsalat təcrübəsi
qazanmağa çalışmalıdırlar. Biz Azərbaycan Texnologiya Universiteti
ilə əməkdaşlıq edirik. Ordakı maşın mühəndisliyi ixtisasının
tələbələri üçün təcrübə keçməyə şərait yaradırıq. Mən özüm də
1981-ci ildə bu ali məktəbin maşınqayırma texnologiyası ixtisasını
bitirmişəm. Bu gün orda təhsil almaq üçün şərait daha əlverişlidir.
Gənclər ancaq yaxşı oxumaq barədə düşünməli, praktik biliklərə və
xarici dillərə yiyələnməlidirlər. Onda əmin olsunlar ki, yaxşı iş
və yüksək əməkhaqqı sarıdan çətinlik çəkməyəcəklər. Elə indi də bir
çox özəl şirkətlərdə, səhmdar cəmiyyətlərdə, hətta bəzi dövlət
müəssisələrində yüksək əməkhaqqı ilə xeyli mühəndis çalışır.
Gənclərimizə bir daha xatırlatmaq istəyirəm ki, mühəndislər bu gün
dünyada ən çox qazanan üç peşə sahibindən biridir".
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər