Qırmızı.az
31 Mart: Unutmadıq! Unutmayacağıq!
Bu gün Horadiz şəhərində 31 mart Azərbaycanlıların Soyqırımı Qurbanlarının anım mərasimi keçirilmişdir.
Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri açan Alı Alıyev 1918-20-ci illərdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı barədə məlumat vermişdir. Alı Alıyev vurğulamışdır ki, hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.
“Bu təqvim son iki yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə öldürülməsini, repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918-ci il 30 mart – 2 aprel tarixlərində Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırıma imza atmışlar.”
Alı Alıyev bildimişdir ki, təkcə ötən əsrdə erməni vandalları tərəfindən Azərbaycanlılara qarşı dörd dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) etnik təmizlənmə və deportasiya, soyqırımı həyata keçirilmişdir.
- “Lakin uzun illər ərzində bu acı həqiqət dünya ictimaiyyətinə çatdırılmamış və erməni vəhşiliyinə siyasi qiymət verilməmişdir. Yalnız Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilmişdir. Ulu öndərin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilmişdir”.
Sonra Horadiz şəhərində 31 mart soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin açılışı olmuşdur.
Digər çıxış edənlər də ermənilərin törətdikləri cinayətlər, xalqımıza qarşı aparılan soyqırımlar barədə geniş məlumat vermişlər.
-
MDB21:12
Zaxarova Yeni il üçün görün hansı yeməyi hazırlayacaq - "Elə bişiririk ki..."
-
Sosial20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi