Metro ticarətçiləri üçün yeni məkan - “Metro” ticarət mərkəzi
Bizi izləyin

Qırmızı.az

Metro ticarətçiləri üçün yeni məkan - “Metro” ticarət mərkəzi

“Metrodakı ticarət obyektlərinin 8-ci kilometr qəsəbəsində “Lotos” ticarət mərkəzində yerləşdirilməsi barədə bizdə heç bir məlumat yoxdur. Bizim təklif etdiyimiz yerlər “AMAY” və “Günəşli” ticarət mərkəzləri, “Keşlə”, “Yaşıl Bazar” və Şərq bazarıdır. Başqa bir yer təklif etməmişik. Ticarət obyektinin sahibləri hər hansı mərkəzə müraciət edibsə, bu onların öz problemidir”.

Bu sözləri Publika.Az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov deyib.

“Ola bilər ki, bu xəbəri yaymaq kiminsə marağındadır. Həmin ticarətçiləri cəlb etmək istəyirlər. Bu hallar mümkündür. Amma rəsmi olaraq biz tərəfdən təklif olunan yer deyil”, - deyə Ə.Bağırov deyib.

Ticarətçilərin “AMAY” ticarət mərkəzinə getməməsinə gəldikdə isə, Ə.Bağırov bunu həmin ərazidə alıcıların az olması ilə əlaqələndirdi:

“Bazarlarla müayisədə “AMAY”a gələnlərin sayı azdır. Ona görə də, sahibkarlar maraqlı deyil. Çünki burada hər şeyi yenidən başlamalıdırlar. “AMAY”a gedənlər barədə məlumatım yoxdur, amma getsələr yaxşı olar”.

Xatırladaq ki, bu gün ”müsavat.com” saytında metrodakı ticarət obyektlərinin “Lotos” ticarət mərkəzinin zirzəmisində yerləşdirilməsi barədə məlumat verilib. Ticarət mərkəzinin rəhbərliyi onlara avtoparkda yer ayırıb, 200 köşkün fəaliyyətə başlamasına hazırlıq gedir. Burada əsasən metronun “Neftçilər”, “Qara Qarayev”, “Koroğlu”, “Nərimanov” və “Gənclik” stansiyalarının keçidlərində ticarətlə məşğul olmuş sahibkarlar yerləşdiriləcək. Həmin sahibkarlarla müqavilə bağlanacağı və icarə qiymətlərində onlara bəzi güzəştlərin ediləcəyi vurğulanıb. Məlumatda bildirilir ki, “Metro” ticarət mərkəzi Bakı meriyasının göstərişi əsasında açılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm