Qırmızı.az
Sərnişin avtobusu qəzaya düşdü: 5 yaralı var
Qarlı hava şəraiti Göygöldə 2 yol qəzasının baş
verməsinə səbəb olub. Sərnişin avtobusunun qəzaya uğraması
nəticəsində 5 nəfər yaralanıb.
Bakı-Qazax magistralının Göygöldən keçən hissəsində sərnişin avtobusu ilə NİVA markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 5 nəfər yaralanıb. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti orta ağır hesab edilir. Qəzadan sonra avtobusun digər sərnişinləri saatlarla yolda gözləməli olublar. Sərnişinlərin sözlərinə görə, sürücü avtobusu hadisə yerində qoyub və gedib.
İlkin versiyaya görə hadisəyə qarlı hava və sürücünün
ehtiyatsızlığı səbəb olub.
Göygöldəki daha bir qəzanı isə Daşkəsən sakini törədib. Əli
Hüseynov avotomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və
avtomaşını qarşı tərəfdən gələn İlqar Yusibovun VAZ markalı
avtomobilinə çırpıb. Bu qəzada isə VAZ 21015-də olan şərnişin
Sahibə Mehdiyeva ağır bədən xəsarətləri ilə xəstəxanaya
yerləşdirilib.
Hər iki qəza ilə bağlı araşdırma aparılır. /anspress/
-
Dünya04:44
ABŞ super donuzlar tərəfindən İŞĞAL EDİLƏ BİLƏR
-
Magazin104:14
Aygün Kazımova final matçında şou göstərdi - VİDEO
-
Nəqliyyat02:12
Bazar günləri parklanma ilə bağlı qanunsuz ödənişlər alınır?
-
Dünya01:41
Dəhşətli AİLƏ FACİƏSİ: arvadını və yeddi qohumunu baltaladı, özü isə...
-
Sosial01:11
Çingiz Qənizadəyə ağır itki üz verdi
-
Qoroskop00:00
Günün ULDUZ FALI: onun əsarətinə düşə bilərsiniz
-
Magazin12 İyun 23:24
"Evli ola-ola subay qızlara girişirlər, sonra da..." - FOTO
-
Avropa2 İyun 21:48
Zelenskidən Fələstin AÇIQLAMASI: "İki dövrü qarışdırmayın"