Qırmızı.az
Ağdamdakı ölüm və xəsarət hadisələri ilə bağlı cinayət işi başlandı
Ağdam rayonunun bir sıra yaşayış məntəqələri, o cümlədən Sarıçoban, Əhmədağalı, Orta Qərvənd, Qaradağlı və Səfərli kəndləri aprelin 4-də erməni silahlı birləşmələri tərəfindən növbəti dəfə artilleriya qurğularından intensiv atəşə məruz qalıb.
Publika.az xəbər verir ki, həmin tarixdə saat 16:00 radələrində rayonun Sarıçoban kəndinin ərazisinə düşmüş 3 ədəd mərminin partlaması nəticəsində kənd sakini, 1968-ci il təvəllüdlü Cəfərov İlqar Hidayət oğlu qəlpə yarası xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Saat 17:00 radələrində rayonun Əhmədağalı kəndinin ərazisində yerləşən məscidin yaxınlığına düşmüş mərminin partlaması nəticəsində orada qoyun otaran kənd sakini, 1954-cü il təvəllüdlü Dadaşov Qaraş Şahmar oğlu qəlpə yarası xəsarətləri alaraq hadisə yerində ölüb, 30-a qədər qoyun-quzu tələf olub.
Rayonun Orta Qərvənd kəndinin ərazisinə atılmış mərminin partlaması nəticəsində kənd sakini, 1989-cu il təvəllüdlü Heydərov Rəşad Qulu oğlu və 1968-ci il təvəllüdlü Heydərov Fərhad Lənkəran oğlu qəlpə yarası xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Saat 20:00 radələrində rayonun Qaradağlı kəndinin ərazisində mərminin partlaması nəticəsində yanmış ev rayon dövlət yanğın mühafizə hissəsinin işçiləri tərəfindən söndürülərkən həmin yerə atılmış digər mərminin partlaması nəticəsində yanğını söndürən rayon dövlət yanğın mühafizə hissəsinin manqa komandiri, 1974-cü il təvəllüdlü Mustafayev Akif Musa oğlu qəlpə yarası xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Rayonun Səfərli kəndinin ərazisinə düşmüş mərminin partlaması nəticəsində kənd sakini, 2000-ci il təvəllüdlü Məhərrəmova Pakizə Fərman qızı qəlpə yarası xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Hər beş fakt üzrə Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, istintaq aparılır.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO