Bu stansiyanın giriş-çıxışı bağlanır
Bizi izləyin

Qırmızı.az

Bu stansiyanın giriş-çıxışı bağlanır

“Elmlər Akademiyası” stansiyasının I vestibülündə sərnişinlərin giriş-çıxışı bağlanacaq.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, adıçəkilən vestibüldə quraşdırılmış 3 ədəd ET-3 tipli eskalator istismar müddətini başa vurduğu üçün dəyişdiriləcək.

Bütün bunları nəzərə alaraq “Bakı Metropoliteni” QSC sərnişinlərə xəbərdarlıq edir ki, “Elmlər Akademiyası” stansiyasının I vestibülü aprelin 15-dən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül (BDU tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.

“Bakı Metropoliteni” QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm