ANS-in arxivləri açıldı - FOTO
Bizi izləyin

Qırmızı.az

ANS-in arxivləri açıldı - FOTO

Bu gün “Excelsior" oteldə ANS Şirkətlər Qrupunun yeni layihəsi olan "anstv.ws" saytının təqdimat mərasimi keçirilib.

Axar.az xəbər verir ki, “Heç kim və heç nə unudulmur” devizi ilə keçirilən mərasimdə millət vəkilləri Qənirə Paşayeva, Fazil Mustafa, ANS TV-nin əməkdaşları və mətbuat nümayəndələri iştirak ediblər.

Layihənin rəhbəri Eldəniz Elgün çıxışında saytın sabah saat 09:00-dan etibarən onlayn olacağını deyib:

“Sayt sabah saat 9-dan fəaliyyətə başlayacaq. 1991-ci ildən 2015-ci ilə qədər ANS TV-də efirə gedən verilişlər, çəkilən filmlər hamısı bu saytda yer alacaq. Hətta ANS-də bir dəfə adı çəkilən şəxsin, texniki heyətin də bilgiləri bu saytda olacaq. İkinci bir layihəmiz isə sənədli filmdir. Bu sənədli filmlərdə ANS-in arxivində olan, bu vaxtadək efirə getməyən, o cümlədən bir çox gizli məsələlərin üstündən sirr pərdəsini götürəcək süjetlər təqdim ediləcək”.

Daha sonra söz alan ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mir Şahin Ağayev ANS-in tarixindən danışıb, çəkilişlər zamanı başına gələn kadrarxası bəzi olayları xatırladıb və bu layihəni ərsəyə gətirənlərə təşəkkür edib.

Millət vəkili Qənirə Paşayeva ANS-dəki arxiv materiallarının çox dəyərli olduğunu vurğulayıb:

“ANS-də olan tarix bu gün kimlərinsə fikir və düşüncələrindən süzülən deyil, görüntülü, real tarixdir. Burada ictimai-siyasi xadimlərin çıxışları, o dövrə aid materiallar var. Bu, ictimaiyyət üçün çox maraqlı olacaq. İnsanlarımız sanki o tarixə film kimi baxacaqlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm