Türk kürəkəndən qəddarlıq - Foto
Bizi izləyin

Qırmızı.az

Türk kürəkəndən qəddarlıq - Foto

Türk kürəkəndən qəddarlıq-Foto

Böyük Britaniyada əslən türk olan şəxs arvadı və qayınanasını qəddarcasına öldürüb. 22 yaşlı Ensar Göl 28 yaşlı arvadı Mikalanı yatarkən dəfələrlə bıçaqlayıb. Bunu görən qızın 50 yaşlı anası köməyə gələrkən qəddar kürəkənin qurbanına çevrilib. Hər iki qadın yerindəcə qətlə yetirilib.

Mikala və Ensar 2007-ci ildə "Bodrum" istirahət mərkəzində tanış olublar. Ensar istirahət mərkəzində ofisiant kimi işləyirmiş. Yay tətili hər ikisi üçün sevgi macərasına çevrilib və cütlük 2008-ci ildə ailə quraraq 2 uşaq sahibi olublar. Mikalanın atalığı da türk olmasına baxmayaraq, valideynləri bu izdivacın baş tutmasına qarşı olub. Mehmet Şahin və Culi də 2002-ci ildə istirahət zonalarının birində tanış olublar. Dəfələrlə Mikalanı döyməsini və xəyanət etməsini görən valideynlər qızlarının boşanmasını tələb edib, lakin Mikala öz qərarından dönməyib.

Günlərin birində Ensar arvadını ataraq Türkiyəyə dönməyi qərara alır. Mikala onun ardınca hava limanına gedərək onu geri qaytarmağa nail olub. Evə geriyə qayıdan Göl yolboyu arvadını necə öldürəcəyi planını cızırmış, bu barədə “Facebook”-da fəxrlə status paylaşıb. Qohumuna ismarış yazan Ensar deyib: “Dəlisov Türk Canavarı Londonu qana bulayacaq. Mənim artıq bıçağım hazırdır.”

Dəlisov ər həqiqətən də möhkəm içdikdən sonra evə gəlib iki uşağının gözü qarşısında analarını dəfələrlə bıçaqlayıb. Bu zaman isə evdə televizora baxan qayınanası səs eşidərək Mikalanın köməyinə qaçıb. Köməyə gələn ana da “Türk Canavarına” qurban gedib. Kürəkən qayınananı 50 dəfə bıçaqladıqdan sonra bütün bu hadisələrə şahidlik edən 4 yaşlı qızını götürüb əlində bıçaqla küçədə qışqıraraq deyib: “Heç kim inanmırdı ki, mən bunu edə bilərəm. Mən onların hər ikisini doğradım.”

Göl həbs olunduqdan sonra da məhkəmə zalına gülümsəyərək gəlib. Türk kürəkən məhkəmənin qərarı ilə 36 illiyinə azadlıqdan məhrum edilib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm