Qırmızı.az
iPhone istifadəçiləri olan Bakcell abunəçiləri üçün “Instagram”dan pulsuz istifadə imkanı
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycanda bənzəri olmayan internet təklifləri ilə abunəçilərini sevindirməyə davam edir. Şirkət iPhone istifadəçiləri üçün pulsuz Instagram xidmətini istifadəyə verdiyini elan edir. Bir müddət öncə Bakcell Novruz hədiyyəsi kimi Pulsuz Facebook və Klass tarifində olan abunəçilər üçün pulsuz Whatsapp kimi müxtəlif innovativ data təkliflərini təqdim edib.
İndi iPhone mobil telefonlarına sahib olan bütün Bakcell abunəçiləri xüsusi sərfəli iPhone paketləri daxilində Instagram xidmətindən pulsuz istifadə etmək imkanı qazanacaqlar. Yeni iPhone paketləri əsas internet paketindən və abunəçilərin öz iPhone mobil telefonlarında istifadə edə biləcəyi xüsusi bonusdan – “Instagram”dan istifadə etmək üçün əsas internet paketinin həcminə bərabər olan həcmdə pulsuz trafikdən ibarətdir.
“Bakcell şəbəkəsində iPhone istifadəçilərinin sayı çoxdur və onların əksəriyyəti fəal Instagram istifadəçiləridir. “Bakcell”in “Daha yaxın olaq” fəlsəfəsinə uyğun olaraq, biz çalışırıq ki, abunəçilərimiz yaşadıqları xoş anları öz yaxınları, dostları və ailələri ilə daha çox paylaşmaq imkanına malik olsunlar. Biz inanırıq ki, indi hər bir iPhone istifadəçisi təqdim edilən bu internet paketlərindən özünə ən çox uyğun olanını seçə biləcək. Aylıq istifadə həcmindən asılı olaraq siz təkliflərdən birini seçə və ona uyğun internet paketində “Instagram”dan pulsuz faydalana bilərsiniz”, - deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.
iPhone istifadəçilərinin yararlana biləcəyi yeni paketlər üstünlükləri və aktivləşdirmə kodları ilə birlikdə aşağıdakı cədvəldə göstərilib:
|
iPhone istifadəçiləri üçün paket |
Qiymət (ƏDV daxil) |
Aktivləşdirmə kodu |
|
1GB + 1GB Instagram |
6 AZN |
*134*11# yığın və ya “11” yazıb 5934 qısa nömrəsinə SMS göndərin |
|
2GB + 2GB Instagram |
8 AZN |
*134*22# və ya “22” yazıb 5934 qısa nömrəsinə SMS göndərin |
|
3GB + 3GB Instagram |
10 AZN |
*134*33# və ya “33” yazıb 5934 qısa nömrəsinə SMS göndərin |
|
5GB + 5GB Instagram |
12 AZN |
*134*55# və ya “55” yazıb 5934 qısa nömrəsinə SMS göndərin |
-
Qoroskop02:00Günün ulduz falı: Planlarınızı yenidən nəzərdən keçirin!
-
MDB01:40Şoyqunu öldürmək istəyənlər saxlanıldı: Biri qadındır
-
Hadisə01:20Moskvada azərbaycanlı ər arvadını xilas edərkən yanıb öldü
-
İdman17 Noyabr 23:35Futbolçular arasında kütləvi dava: Polis bibər qazı tətbiq etdi - FOTO
-
Kriminal17 Noyabr 22:58Milyonluq mülklər, surroqat ana, əcnəbi dayələr... - Bakıda lüks həyat yaşayan cütlük məhkəmədə
-
Dünya17 Noyabr 21:49Mədinədə dəhşətli qəza: 45 zəvvar öldü - VİDEO
-
Avropa17 Noyabr 21:00Onlayn mağazadan dərman alan 27 nəfər öldü
-
İKT17 Noyabr 20:50Azərbaycanda "WhatsApp" istifadəçilərinə XƏBƏRDARLIQ











.jpg)





















