Qırmızı.az
Bəzi apteklərdə baha satılan dərmanlarla bağlı RƏSMİ AÇIQLAMA
Eyni adlı, eyni tərkibli və eyni istehsalçıya məxsus dərman vasitəsinin qiymətinin bəzi aptek təşkilatlarında süni artırılaraq, bunu onun keyfiyyəti ilə əlaqələndirilməsi yanlışdır və yolverilməzdir.
Bu barədə Səhiyyə Nazirliyindən Publika.az-ın sorğusuna verilən cavabda bildirilib.
Nazirlikdən bildirilib ki, “Dərman vasitələri haqqında” Qanunun 6.1-ci bəndinə görə, “Bu Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanında (Səhiyyə Nazirliyində) dövlət qeydiyyatına alındıqdan sonra yol verilir”.
Nazirliyin məlumatında qeyd olunur ki, “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 03.06.2015-ci il tarixli 209 №li Qərarına əsasən Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq “Azərbaycan Respublikası dərman vasitələrinin Reyestri”nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. “Dərman vasitələrinin satışında qiymət intizamına, o cümlədən dərman vasitələrinin qiymətlərinin bu Qaydanın 6.2-ci bəndinə uyğun olaraq göstərilməsinə nəzarəti İqtisadiyyat Nazirliyi həyata keçirir.
Qeyd edək ki, ötən gün saytımızda qiyməti tənzimlənən dərmanlar siyahısında olan bir neçə dərmanın keyfiyyəti yüksək olması əsas gətirilərək alman aptekləri adı ilə fəaliyyət göstərən apteklərdə satılması ilə bağlı material dərc olunub. (http://publika.az/p/135858)
Gülxar
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...