Qırmızı.az
Ekologiyaya ziyan vurduqları üçün cərimələndilər - 22 min manat
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 01-15 may tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
ETSN-in mətbuat xidmətindən Publika.az-a
verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər
tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin
təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə
qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi
sahəsində yol verilmiş qanun pozuntularına görə 116 akt və protokol
tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi
olan 35 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 17 iş üzrə 22400 manat məbləğində inzibati qaydada
cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 3 iş üzrə
34753,72 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə
tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki
şəxslərə qarşı 147 iş üzrə 13351 manat məbləğində ödəmə tətbiq
edilib.
Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 10, icra qurumlarına 7, məhkəməyə isə 5 iş göndərilib.
-
Səhiyyə21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin221:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!