Qırmızı.az
Gömrük Komitəsi mükafat aldı
Dövlət Gömrük Komitəsi “NETTY-2016” Azərbaycan Milli İnternet Mükafatına layiq görülüb.
DGK-nın mətbuat xidmətind'n verilən məlumata görə, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə idman, əyləncə, informasiya, mədəniyyət və digər sahələr üzrə ümumilikdə 16 nominasiyada keçirilən müsabiqədə Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron Gömrük Bəyannaməsinin qəbulu sisteminin tətbiq edilməsi” layihəsi ilə iştirak edib.
Ekspert şurasının və virtual münsiflər heyətinin səsvermə nəticələrinə əsasən iştirakçı saytların siyahısından mükafatların nominantları olan veb-saytlar, proqramlar və İT layihələr seçilib. Dövlət Gömrük Komitəsinin “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron Gömrük Bəyannaməsinin qəbulu sisteminin tətbiq edilməsi” layihəsi “İlin İT hadisəsi” nominasiyası üzrə üç namizəd arasında qalib elan olunub.
Bu münasibətlə mayın 20-də “Hyatt Regency” otelində mükafatlandırılma mərasimi keçirilib. Qaliblərə müxtəlif hədiyyələr təqdim olunub.
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova