Qırmızı.az
Payızda çaylarımızda sel olacaq
Azərbaycanda çaylarda sel hadisələri təqribən yayın ikinci yarısı - payızın əvvəllərində gözlənilə bilər.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.
O bildirib ki, hazırda selin baş verməsi üçün şərait yoxdur.
E.Əlizadənin sözlərinə görə, selin baş verməsi üçün axan kütlənin heç olmasa üçdə birindən artığı bərk maddələr, yəni süxurlar, torpaq və s. olmalıdır: "Hələlik sel mövsümü deyil və selin baş verməsi üçün şərait yoxdur. Amma havalar qızandan sonra uzun müddət - 1 ay və ona yaxın müddətdə quraqlıq olmasa, onda sel təqribən yayın ikinci yarısı - payızın əvvəlləri üçün gözlənilən hadisələrdir".
E.Əlizadə deyib ki, adətən, yay uzun müddət quraq keçəndən sonra bir dəfə leysanın yağması çaylarda selin baş verməsinə səbəb olur.
Direktor müavini qeyd edib ki, quraqlıq sel yaratmır, amma sel üçün material hazırlayır: "Quraqlığın olması selin yaranması üçün material hazırlayır. Çünki quraqlıq nəticəsində süxurlar parcalanaraq yamacda yığılıb qalır, onlar yamacda yağışı gözləyirlər. Əgər ondan sonra yağış olsa, mütləq sel gedir və o, çox böyük dağıntı yaradır. Quraqlıqdan sonra intensiv yağışlar yağsa, sel olur, amma quraqlıqdan sonra az güclü yağış yağsa, onlar sel əmələ gətirmir".
Direktor müavininin sözlərinə görə, selin dağıdıcı təsir qüvvəsi daşqının dağıdıcı təsir qüvvəsindən dəfələrlə çoxdur.
Qeyd edək ki, bu il iyulun 20-dən avqustun 5-dək Azərbaycanda qurağlığın olacağı gözlənilir. Quraqlığın Kür-Araz ovalığında - Saatlı, Sabirabad, Salyan, Biləsuvar, Kürdəmir, İmişli, Neftçala rayonlarında, Qobustanda və Abşeron yarımadasında müşahidə ediləcəyi proqnozlaşdırılır.
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ