Qırmızı.az
Kamal Abdulla DQİDK ilə birgə həyata keçiriləcək layihələri müzakirə edib
Bu gün Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə yeni dövlət müşaviri Kamal Abdulla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) keçirilən müşavirədə iştirak edərək komitənin kollektivi ilə görüşüb.
DQİDK-nın mətbuat xidmətindən verilən məlumata görə, müşavirəni açan Dövlət Komitəsinin sədri Elşad İskəndərov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına uyğun yaradılmış yeni xidmətin Azərbaycan dövlətinin başçısının dövlət-din münasibətlərinə, milli-mənəvi dəyərlərimizin inkişafına qayğısının bariz rəmzi olduğunu bildirib, bu sahədə fəaliyyət göstərən Dövlət Komitəsinin işinin məsuliyyətinin də artdığını bildirib.
Daha sonra dövlət müşavirinə DQİDK-nın fəaliyyəti, aparılan işlər və planlar barədə ətraflı məlumat verilib.
Görüşdə çıxış edən K.Abdulla ölkə Prezidenti İlham Əliyevin müvafiq sahə ilə, həmçinin yeni xidmətlə bağlı qarşıya qoyduğu məqsəd və vəzifələr haqqında danışıb, dövlət-din münasibətləri, tolerantlıq sahəsində Dövlət Komitəsinin həyata keçirdiyi fəaliyyət və layihələrlə bağlı fikirlərini bildirib, sözügedən vəzifələrdən irəli gələn vahid konsepsiya və fəaliyyət planı əsasında DQİDK ilə birlikdə görüləcək işlərdən bəhs edib.
Görüş zamanı gələcəkdə həyata keçiriləcək konkret layihələr müəyyənləşdirilərək onların ətrafında fikir mübadiləsi də aparılıb.
-
Sosial11:38
Tərtərdə məktəblinin öldürülməsi ilə bağlı cinayət işi başlandı
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Yayda varlanacaq BÜRCLƏR