Millət vəkili icbari tibbi sığortadan danışdı
Bizi izləyin

Qırmızı.az

Millət vəkili icbari tibbi sığortadan danışdı

Qənirə Paşayeva Milli Məclisdə İcbari tibbi sığortanın tətbiqi həllini gözləyən ən vacib məsələlərdən biridir deyib və müvafiq qurumları ciddi addımlar atmağa çağırıb.

Millət vəkili Qənirə Paşayeva "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsində qeyd edib ki, “Tibbi sığorta haqqında” qanunun işləməsinə ehtiyac var. 15 ildən artıq müddət ərzində qanunun qəbul olunduğunu, amma işləmədiyini xatırladan millət vəkili bildirib ki, bu sistemin işləməməsi insanlarda ciddi problemlər yaradır:

“İki gündür, rayondan gəlmişəm. Bəlkə də 17-18 nəfərin təcili əməliyyata alınması ilə bağlı Səhiyyə Nazirliyi ilə danışıqlar aparırıq”.

Millət vəkili müvafiq qurumları icbari tibbi sığortanın tətbiqi məsələsinə ciddi önəm verilməsinə çağırıb və ölkədə icbari tibbi sığortanın geniş şəkildə tətbiqinə ciddi ehtiyac olduğunu vurğulayıb:

"Bu gün icbari tibbi sığorta həllini gözləyən ən vacib problemlərdən biridir. Biz hamımız bilirik ki, səhiyyə sahəsində ortaya çıxan, əhalinin bu sahədə üzləşdiyi bir sıra problemlərin həlli, səhiyyədə daha böyük islahatların keçirilməsi icbari tibbi sığorta sistemi inkişaf etmədən mümkünsüzdür. Bu istiqamətdə işlər təcili sürətlənməlidir, çünki bu məsələ səhiyyə sahəsində həllini gözləyən ən vacib problemdir. Aidiyyatı nazirlik və qurumları bu məsələyə xüsusi önəm verməyə çağırırıq. Həm maliyyə, həm də siyasi iradə var, ona görə də qanunun tətbiqinə qısa zamanda nail olmaq lazımdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm