İsmayıllıda torpaq sürüşməsi təhlükəli həddə: 7 ailə köçürüldü
Bizi izləyin

Qırmızı.az

İsmayıllıda torpaq sürüşməsi təhlükəli həddə: 7 ailə köçürüldü

İyunun 3-də İsmayıllı rayonu Basqal-Sulut avtomobil yolunda baş vermiş sürüşmə ilə əlaqədar 7 ailənin evinə ziyan dəyib.

Bu barədə Publika.az-a İsmayıllı rayon icra başçısının birinci müavini, rayon fövqladə hallar komissiyasının rəhbəri Rövşən Ağayev məlumat verib.

Onun sözlərinə görə, həmin gün Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin mütəxəssisləri əraziyə baxış keçirib. Sürüşmə ərazisinə yaxın 7 evin köçürülməsi barədə qərar qəbul edilib:

“Həmin ailələr köçürüləndən sonra mütəxəssislərin araşdırması davam edib. Bu gün verilən məlumatda evlərin yararsız olduğunu bildirilib. Evlərdə çat və qabarlar yaranıb. Artlq həmin evlərdə sakinlərin yaşaması mümkün deyil”.

İcra Hakimiyyəti rəsmisi bildirib ki, evləri zərər görmüş Sərsurə kənd sakinlərinin həmin kənddə evlə təminatı mümkün deyil.

“Həmin kənddə sakinlərin evlə təminatı üçün torpaq sahəsi yoxdur. Ona görə də, onları qonşu kəndlərdə evlə təmin etmək üçün Nazirlər Kabinetinə müraciət edəcəyik. Həmin qərardan asılı olaraq başqa kəndə köçürüləcəklər. Hazırda həmin ailələr qohumlarının evlərində məskunlaşıb”.

Onun sözlərinə görə, sürüşmə 50 hektardan çox ərazini əhatə edir.

“Sürüşmə aktiv vəziyyətdədir. Həmin ərazidə iş aparılması mümkün deyil. Lakin sürüşmə nəticəsində mərkəzlə əlaqəsi kəsilən 3 kənd üçün alternativ yol çəkilib. Hadisə nəticəsində zərər görmüş elektrik xətləri də bərpa edilib”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm