
Gəncə şəhərindən Şəmkir istiqamətinə gedən yolda dəhşətli avtomobil qəzası baş verib.
"KAMAZ" yük maşını ilə "VAZ-21015" minik avtomobilinin toqquşması nəticəsində "VAZ-21015"-də olan 6 sərnişin dünyasını dəyişib.
YENİLƏNMƏ
Gəncə şəhərindən Şəmkir istiqamətinə gedən
yolda baş verən dəhşətli avtomobil qəzasında avtomobillərin dövlət
nömrə nişanları bəlli oldu. “VAZ-21015” minik avtomobilinin nömrəsi
"57 BT 795", “KamAZ” yük maşınının nömrəsi isə "40 BD
971"-dir.
Xatırladaq ki, hadisə bu gün saat 18:00
radələrində Gəncə şəhərin Nizami küçəsi ilə Şah İsmayıl Xətai
prospektinin kəsişməsində baş verib. /ANS/