İmtahan nəticələri nə vaxt açıqlanacaq?
Bizi izləyin

Qırmızı.az

İmtahan nəticələri nə vaxt açıqlanacaq?

Bu gün IX və XI siniflər üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri yaxın günlərdə elan ediləcək.

Bu barədə Publika.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

İyunun 17-dən etibarən Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-da Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzən şəhər və rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 45827 şagird (IX sinif üzrə 25530, XI sinif üzrə 20297) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı keçirib.

9-cu sinif şagirdləri üçün imtahan saat 10:00-da başlanıb və 2 saat ərzində aparılıb. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlanıb və 2 saat 45 dəqiqə müddətində aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm