Paytaxtın iki prospektinin kəşisməsində yol təmir olunacaq
Bizi izləyin

Qırmızı.az

Paytaxtın iki prospektinin kəşisməsində yol təmir olunacaq

Paytaxtın iki prospektinin kəşisməsində yol təmir olunacaq

Ötən gün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmadan Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsində yerləşən tunelin girişinə qədər olan hissəsində asfalt-beton örtüyünün qaşınması işləri tamamlanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Publika.Az –a verilən məlumata görə, aprelin 6-dan 7-nə keçən gecədən etibarən yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

Hazırda yolun həmin hissəsində asfalt-beton örtüyünün yenilənməsi üçün hazırlıq işləri gedir.

Həftə ərzində yolda işlər tamamlanaraq növbəti hissədə (təxminən Atatürk prospekti ilə kəsişmədən Azadlıq prospekti ilə kəsişməyə qədər) asfalt-beton örtüyünün yenilənməsinə başlanılacaq.

Sürücülərdən bu müddət ərzində alternativ olaraq Fətəli xan Xoyski və Ziya Bünyadov prospektlərindən istifadə etmələri tövsiyə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm