Qırmızı.az
Neftçalada qanunsuz qum daşınması ilə bağlı araşdırma başladı
Bəzi Kütləvi İnformasiya Vasitələrində Neftçala rayonunun Şirvan kəndi ərazisindən qanunsuz qum daşınması ilə bağlı yayılan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən operativ olaraq yerində araşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, nazirliyin əməkdaşlarının apardığı araşdırma zamanı Neftçala rayonu Şirvan kəndinin şimalında, Xəzər dənizinin sahilində qanunsuz qazıntı işlərinin aparılması və qum daşınması faktı öz təsdiqini tapıb. Aşkar olunmuş faktla əlaqədar nazirliyin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilərək inzibati araşdırmalara başlanılıb.
Eyni zamanda, qanun pozucularının şəxsiyyətlərinin müəyyən edilməsi və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə rayon ərazisinə daha yaxşı bələd olan, rayonda baş verən bu cür hadisələrə cavabdehlik daşıyan Neftçala rayon Polis Şöbəsinə və Neftçala rayonu Şirvanlı kəndinin də daxil olduğu Yenikənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə, həmçinin kənd bələdiyyəsinə qanunsuz qum daşınmalarına son qoyulması üçün müraciət olunub.
Nazirlikdən bildirilib ki, rayon hüquq-mühafizə və icra orqanları öz səlahiyyətləri çərçivəsində rayon ərazisində baş verən qanunsuz qum daşınmasının qarşısının alınmasına və təqsirkarların müəyyən edilərək cəzalandırılmasına nail olunacaq. Qeyd edək ki, sözügedən ərazi Nazirliyin aidiyyəti qurumu tərəfindən nəzarətə götürülüb və qanun pozucuları müəyyənləşdirildikdən sonra həmin şəxslərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati qaydada cərimə və təbiətə vurduqları ziyana görə iddia tətbiq ediləcək.
ETSN KİV nümayəndələri tərəfindən ətraf mühitə qarşı törədilən qanun pozuntularına vaxtında reaksiya verilməsini və belə halların ictimai qınaq obyektinə çevrilməsini təqdir edir və minnətdarlıq bildirir.
-
Pul14:40
Bu qərar mayın 2-dən qüvvəyə minir: Kredit faizləri azalacaq?
-
ABŞ14:05
ABŞ-dan gözlənilməz açıqlama: Rusiya ilə müharibə...
-
Cənubi Qafqaz13:01
Paşinyan sərhədimizə ordu göndərdi: Səhər saatlarında hərəkətə keçiblər
-
Sosial12:38
Ramin Məmmədov deputat mandatından məhrum edilir
-
Rəsmi xronika12:05
İlham Əliyev qəbul keçirdi
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO