Qırmızı.az
Sabunçu Xəstəxanadakı biabırçılıqla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Sosial şəbəkədə Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasında baş verən olayla bağlı paylaşılan videogörüntü böyük qalmaqala səbəb olub.
AzNews.azxəbər verir ki, iyulun 18-də bir neçə bıçaq yarası almış
şəxs tibbi yardım məqsədi ilə sözügedən xəstəxanaya müraciət edib.
Dizi üstə oturub can verən, sonra isə halsızlıqdan arxası üstə
yıxılan xəstəyə yardım edən olmayıb. Xəstəni qan içində yerdə
çabalayan görən növbətçi həkim isə “adını-soyadını deməsən, heç
yerimdən tərpənən də deyiləm”-deyir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Səfayə Əhmədova
məsələ ilə əlaqədar AzNews.az-a bildirib ki, Əmraslanov Mahir
Ələddin oğlu iyulun 18-də sərxoş halda xəstəxanaya daxil
olub: “Cibində bıçaq olub, girən kimi həkimləri qorxudub.
Amma həkimlər onu dilə tutub 15 dəqiqədən sonra əməliyyata alıblar.
O ki qaldı xəstənin yerdə sürünməyinə, sərxoş olduğu üçün ayağa
dura bilməyib. Həkim də qorxub, əlində bıçaq var axı, təhlükəlidir.
İndi də özü etiraf edib ki, “bağışlayın, sərxoş olmuşam,
bilməmişəm”.
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi