Qırmızı.az
Azərbaycanda daha bir məmur həbs olundu
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şəki rayon Aqroservis filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən Anspress-ə
verilən məlumata görə, aparılmış istintaqla cəmiyyətin Şəki rayon
Aqroservis filialının müdiri Rafim Qurbanovun ümumilikdə 66 nəfər
kənd təsərrüfatı məhsullarının istehsalçılarının adlarına onların
məlumatı olmadan mineral gübrələrin güzəştli şərtlərlə satışını
rəsmiləşdirməsi, lakin həmin mineral gübrələri ayrı-ayrı fiziki və
hüquqi şəxslərə sataraq əldə olunmuş 789 min 512 manat məbləğində
vəsaiti, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalçıları
tərəfindən aldıqları gübrə üçün ona verilmiş 55 min 124 manat
məbləğində vəsaiti müəssisənin xəzinəsinə mədaxil etməyərək
mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət
Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə
ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam
etdirilir.
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ