Zəlzələ sürüşmə sahələrini aktivləşdirib?
Bizi izləyin

Qırmızı.az

Zəlzələ sürüşmə sahələrini aktivləşdirib?

“Bir neçə gün əvvəl İmişli rayonunda baş vermiş zəlzələ sürüşmə sahələrində aktivliyə səbəb olmayıb. Nə İmişli, nə də digər ətraf rayonlarda sürüşmə qeydə alınmayıb. Buna səbəb ərazinin relyefinin sərt və sakit olmasıdır”.

Bunu Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

Onun sözlərinə görə, əgər həmin zəlzələ İsmayıllı, Şamaxıda olsaydı, bu sürüşmə sahələrinə mütləq təsir göstərərdi: “Lakin İmişli və ətraf rayonlarında baş verən zəlzələ yalnız müəyyən çökmələrə səbəb ola bilər. Bu dəfə baş verən zəlzələdən sonra ərazidə aparılmış monitorinqlər zamanı çökmə halları da müşahidə edilməyib”.

Ə.Piriyev iyul ayı ərzində respublikanın sürüşmə sahələrində qeydə alınmış aktivliklər barədə də məlumat verib: “İyul ayı ərzində havanın yağmurlu keçməsi səbəbindən bəzi yollarda sürüşmə sahələrində müəyyən qədər dəyişikliklər müşahidə edilib. Sürüşmə sahələri bir neçə millimetr istiqamətini dəyişib. Əsasən də, Bakı-Şamaxı, Bakı-Ağsu yolunda, Ağsu çayının sağ və sol sahillərində, Siyəzən rayonu ərazisində aktivləşmə müşahidə edilib. Həmçinin Quba-Xınalıq yolunda, Astara rayonu, Lənkəran-Lerik yolunun 27-29-cu, 45-47-ci kilometrliklərində atmosfer yağıntılarının təsirindən sürüşmə sahələrində aktivləşmə müşahidə edilib. Lənkəran-Lerik yolunun 17-19-cu kilometrliyi sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən aktivlik qeydə alınıb. İsmayıllı rayonu Basqal-Sulut yolunda sürüşmə sahələrində aktivlik qeydə alınmayıb. Həmin ərazidə 1km-ə qədər sahədə sürüşmə qeydə alınmışdı. Müdaxilə edilmədiyinə görə, sürüşmə aktivləşməyib”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm