Qırmızı.az
İlham Mirzəyevin həbsinin şok detalları - YENİLƏNİR-3
16:41
“Biz də İlham Mirzəyevi axtarırıq, amma gün ərzində nə qədər cəhd etsək də, onunla əlaqə yarada bilmirik”.
Bu sözləri Aktual.az-a “Space” TV-nin icraçı
direktoru Kamil Şahverdiyev
telekanalın əməkdaşı, aparıcı İlham Mirzəyevin həbs xəbərinə
münasibət bildirərkən deyib.
Kamil Şahverdiyev qeyd edib ki, İlham Mirzəyevin
həbsi barədə xəbəri mətbuatdan öyrəniblər: “Ona görə də konkret
məlumatımız yoxdur. Məlumat əldə edən kimi mətbuata ətraflı
açıqlama verəcəyik”.
Xatırladaq ki, həbs xəbəri yayılan İlham Mirzəyev
“Space” telekanalında “Etiraf” verilişinin aparıcısı idi. Onun
həbsi barədə məlumatı Azadliq.Info saytı yayıb.
14.29
"Spase"nin aparıcısı, astroloq İlham Mirzəyevin həbs edilməsinin səbəbləri medianın gündəmindədir. Bəzi məlumatlara görə, o, rəhbərlik etdiyi "İlhaMed" klinikasında yol verilən nöqsanlarla bağlı Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Publika.Az bu məsələ ilə bağlı ilginc məqamlar əldə edib. Qeyd edək ki, bir neçə gün öncə "Xalq qəzeti"ndə İ.Mirzəyevlə bağlı tənqidi yazı dərc olunub. Daha sonra isə həmin yazının müəllifi, "Xalq qəzeti"nin əməkdaşı İttifaq Mirzəbəyli "Facebook" sosial şəbəkəsində maraqlı bir status paylaşıb. Həmin statusu olduğu kimi təqdim edirik:
"Dünən internet resurslarından xəbər gəldi ki, İlham Mirzəyevi yerində saxlayan adamlardan biri ötənilki prezident seçkilərindən əvvəl Moskvadan İstanbula gələrək Azərbaycandakı siyasi vəziyyətə müdaxilə etmək barədə plan hazırlanmasında iştirak edib. indi həmin məsələnin detalları araşdırılır. Detal isə çox pis şeydir. İraq olsun."
Ittifaq Mirzəbəyli, Xalq qəzeti
13.44
Tanınmış teleaparıcı İlham Mirzəyevin həbs edilməsi ilə bağlı mediada yayılan xəbər təsdiqləndi. Teleaparıcının yaxın qohumları bu məlumatı Publika.Az-a təsdiqləyiblər. Onların dediyinə görə, bu gün İ.Mirzəyev Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Hazırda onun sözügedən idarədə olduğu bildirilir.
***
13.33
Tanınmış teleaparıcı İlham Mirzəyevin saxlanıldığı
barədə redaksiyamıza məlumat daxil olub.
Aparıcı ilə eyni binada yaşayan sakinlərdən daxil olan məlumata görə, bir neçə dəqiqə əvvəl polislər onu saxlayaraq aparıblar. Onu saxlayanların DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduğu deyilir.
Polisin İ. Mirzəyevi niyə narahat edə biləcəyi haqda hər hansı məlumat öyrənmək mümkün olmayıb.
DİN mətbuat xidmətindən “Azadlıq”ın əməkdaşına teleaparıcının saxlanmasından məlumatsız olduqlarını deyiblər. /Azadliq.info/
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi